Marketinq Departamentinə təcrübəçi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 12.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Marketinq Departamentinə təcrübəçiləri seçim prosesinə dəvət edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

 Reklam planlarının, kampaniyalarının, tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak;
 Reklam və ictimaiyyətlə əlaqələr sahəsində kreativ reklam və dizayn ideyalarının hazırlanması və tətbiqi formaları;
 Qəbul olunmuş marketinq araşdırmaları planına uyğun olaraq daim bazar araşdırmalarının aparılması, mövcud məhsul və xidmətlərin yeni bazarlarının, onların bazar qiymətlərinin və muştəri qruplarının müəyyənləşdirilməsi qaydaları;
 Rəqiblərin araşdırılması, onlar üzrə məlumat bazasının yaradılması və onun daim təkmilləşdirilməsi prosesi ilə tanışlıq;
 Marketinq araşdırmaları layihəsinin işlənib hazırlanması və müvafiq təsdiqdən sonra yerinə yetirilməsi prosesində iştirak.

Namizədə qarşı tələblər:

 Ali təhsil (marketinq və biznes sahəsi üzrə ali təhsil olanlara üstünlük veriləcək);
 Analitik təhlil qabiliyyəti olmalı;
 Stres altında işləməyi bacarmalı;
 Azərbaycan və ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına malik olmalı;
 Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının sahib olmalı;
 Məlumatlandırma, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının malik olmalı;
 Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 20 noyabr 2015-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq Departamentinə təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.