Baş aşpaz

İşin təsviri

İşəgötürən: Avropa Azərbaycan Məktəbi

İşin adı: Baş aşpaz

Son müraciət tarixi: 15 noyabr 2015-ci il
 
Tələb olunan keyfiyyətlər:

 Baş aşpazın ən azı 5 il iş təcrübəsi MÜTLƏQ olmalıdır.

 Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq.

 Ünsiyyət qurma bacarığı

 Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmə bacarığı.

 Məktəb yeməkxanasında çalışmış namizədlərə üstünlük veriləcək.

İşin funksiyaları:

 Məktəbin şagird və müəllim heyətini keyfiyyətli və sağlam yeməklə təmin etmək.

 Təchiz olunan ərzaq məhsulunun keyfiyyətini yoxlamaq və onun standanta uyğun olduğuna əmin olmaq.

 Həftəlik menyu tərtib etmək və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq.

 Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və məktəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq. 

 Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər  həmkarları ilə əməkdaşlıq.

 Bütün iş növbələrində işləyə bilmə bacarığı və istəyi.

MÜRACİƏT QAYDALARI

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV [email protected] elektron poçtuna göndərməlidir. Elektron poçtu müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur. Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Ərizələrin son qəbulu tarixi 15 noyabr 2015-ci ildir.

İşəgötürənin reytinqi