Mühəndis-konstruktor

İşin təsviri

Sumqayıt Texnologiyalar Parkı (STP) “Mühəndis-konstruktor” vəzifəsinə vakansiya elan edır.

Əsas vəzifə:

- Metal konstruksiyaların layihələndirilməsi;
- Sənaye binaların və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablanması;
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulması;
-Dəmir-beton, metal, ağac və plastik konstruksiya layihə cizgilərinin çəkilməsinin təşkil edilməsi;
- Təmir-tikinti işləri üçün layihə sənədlərini hazırlanması;
- Tikinti işlərinə nəzarətin həyata keçirilməsi;
- Hesabatın nəticəsi əsasında sərfəli olan bünövrənin, sütunların, rigellərin, tirlərin, tavanın, örtük konstruksiyalarının en kəsiyinin və materiallarının seçilməsi;

Şərtlər:

- Ali texniki təhsilli;
- Bu sahədə minimum 5 ilə kimi iş təcrübəsi;
- Autocad proqramında mükəmməl işləmək;
- Azərbaycan, rus və inglis dili əla bilmək
- İşinə ciddi yanaşan olmalıdır.
- Nizam-intizamlı olmalıdır.

STP işləyərkən:

Tam sosial təminat (məzuniyyət və s.)
Şirkət hesabına nahar
Nəqliyyat
Beşgünlük iş həftəsi

Maraqlı olan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına göndərə  bilərlər
Zəhmət olmasa elektron məktubu göndərərkən məzmunda “ Mühəndis-konstruktor” vəzifəsini geyd edin.

İşəgötürənin reytinqi