Boru üzrə əl qaynaqçısı

  • Azfen
  • Elanın qoyulma tarixi: 22.09.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Layihə: Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi (CQBKG)

İşin yerləşdiyi ərazilər: Azərbaycanın boru xətti keçən regionları

Namizədlərin gözlənilən işə başlama tarixi: 10.10.2015

Elanın tarixi: 23.09.2015
Elanın bitmə tarixi: 05.10.2015

Layihə haqqında məlumat:

Saipem-Azfen konsorsiumu Azərbaycan və Gürcüstanda CQBKG layihəsi üzrə tikinti, mühəndislik və təchizatı yerinə yetirən konsorsiumdur.

Saipem-Azfen konsorsiumu qaz xəttinin tikintisi üzrə aşağıda göstərilən təcrübə və səriştəyə malik vakansiyada işçilərin axtarışını elan edir:

Vakansiya:  Boru üzrə əl qaynaqçısı

Tələb olunan təcrübə və keyfiyyətlər:

• Qaynaq işləri üzrə peşə təhsili
• Qaynaq avadanlıqları ilə işləmə bacarığı
• Boru xətlərində əl qaynağı üzrə minimum 3 il təcrübə

Əsas fəaliyyəti üzrə:

• Qaynaq işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq qaynaq normalarına, prosedurlarına, keyfiyyət tələblərinə riayət etməklə icra etmək.
• İş yerinin təhlükəsiz olmasına diqqət etmək, qaynaq kabellərinin, qaynaq ləvazimatlarının və qaynaq avadanlıqlarının düzgün istismar olunmasını, qorunmasını, onların qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun düzgün yerləşdirilməsini, habelə onların ətraf mühitin təsirindən mühafizəsini təmin etmək.
• Qaynağın və qaynaq birləşmələrinin növlərini,qaynaq olunan detal və elementlərin tərkibini, elektrodların növləri və tərkibini, elektrodların düzgün seçilməsi qaydalarını, qaynaq birləşmələri üzrə müvafiq standarların tələblərini, qaynaq aparatları, avadanlıqları və ləvazimatatlarının işlədilmə və istismar qaydalarını bilmək və iş prosesində bunlara riyət etmək.
• İş prosesindən əvvəl və sonra iş yerinin istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək.

Müraciət etmək istəyən namizədlər CV-lərini "Boru üzrə əl qaynaqçısı" başlığı ilə: [email protected] ünvanına göndərə bilərlər.