İnşaat mühəndisi

İşin təsviri

İnşaat mühəndisi

İş barədə məlumat:

-Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək; 
-Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
-Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
-Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
-Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
-Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
-İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
-Layihə-smeta sənədləri üzrə lazımi arayışlar, çertyojlar, hesabatlar hazırlamaq;
-Layihədəki işlərə mühəndislik baxımından rəhbərlik etmək və s.

Namizədə tələblər:

Təhsil - Ali təhsil
İş təcrübəsi-  ən azı 5 il
Yaş həddi 25-45
Cinsi - kişi
iş saatı - 8:00 -18:00
İş rejimi - 6 günlük
Kompyuter bilikləri - MS ofice, Word, Excell, Autocad proqramlarını mükəmməl bilməli
Dil bilikləri - Azərbayca, İngilis və Rus dillərini bilməlidir
Komandada işləmək bacarığı

Əmək haqqı- 1500

Namizədlər xaricdə işləməyə də hazır olmalıdır

Maraqlananlar şəkilli cv-lərini mövzu yerinə  İnşaat mühəndisi qeyd edərək  [email protected] ünvanına göndərə bilərlər.