Satış təmsilçisi (kommersiya maşınlarının satışı üzrə)

  • Aztexnika
  • Elanın qoyulma tarixi: 04.06.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış təmsilçisi (kommersiya maşınlarının satışı üzrə)

İş barədə tələblər

- Satışın düzgün şəkildə həyata keçirilməsi və iş ilə əlaqədar maliyyə sənədləşməsinin aparılması
- Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
- Məhsul seçimində müştərilərə yardım edilməsi, lazımi məsləhətlərin verilməsi
- Mövcud müştərilərlə əlaqələrin qorunub saxlanılması
- Satış həcminin artırılması üçün  stimullaşdırıcı tədbirlər həyata keçirilməsi
- Yeni müştərilərin axtarışı, şirkət məhsullarının təqdim edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
- Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi
- Təyin olunmuş satış hədəflərinin reallaşdırılması və satış həcminin artırılması
- Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
- Rəhbərlik  tərəfindən verilən tapşırıqların icra edilməsi

Namizəd barədə  tələblər

Ümumi tələblər

- Ali təhsil (İqtisadi sahədə təhsili olanlara üstünlük veriləcək)
- Cinsi - Kişi
- Sürücülük vəsiqəsinin olması üstünlükdür
- Yaş həddi 22-35

Bilik və təcrübə

- Dil bilikləri: Azərbaycan dili, ingilis dili, rus dili əla səviyyədə və türk dili orta səviyyədə
- İş təcrübəsi: 2-5 il (Yük maşınları və ya ağır texnikanın satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Ms. Office proqramlarını  yaxşı şəkildə bilmək
- Kommersiya maşınlarının satışına dair sənədlərin hazırlanması və alıcılarla müqavilələrin bağlanmasını bilmək
- Kommersiya maşınlarının ehtiyyat hissələrinə dair texniki standartları və şərtləri bilmək
- Satışını həyata keçirdiyi brendlər və onların xüsusiyyətləri haqqında geniş məlumatlı olmaq və müştəriləri tam məlumatlandıra bilmək
- İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmamalı
- Əmanət edilmiş maddi və texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq

Bacarıq

- Effektiv şifahi məlumat vermə və dinləmə
- Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik
- Təzyiq altında işləmək
- Bəsit marketinq alətlərindən istifadə etmək
- Müştərilərlə iş üzrə xidmət üsullarını tətbiq etmək
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq
- Vaxtı idarə etmək
- Səmimi, nəzakətli və səbirli yanaşma
- Müştəriyönümlü olma

İş şərtləri

- İş qrafiki - 6 günlük
- Əmək haqqı - 1000 - 1500 AZN + satışdan bonus.
- Nahar şirkət tərəfindən verilir
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir

CV-ni bu ünvana göndərə bilərsiniz:  [email protected]

Əlaqə nömrəsi: +99412 499 79 97   mobile: +99450 274 81 00