Mühasib (bölgə)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 11.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MÜHASİB (bölgə)

Azərsun Holdinqin bölgələrində yerləşən fabrikləri üçün  Mühasib vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:

• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
• İş yeri olaraq Azərsun Holdinqin müxtəlif bölgələrdə yerləşən fabriklər nəzərdə tutulmuşdur.

Əsas tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 3 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 31.05.2015 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib (bölgə üçün)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi