Anbar müdiri

  • Neoclass
  • Elanın qoyulma tarixi: 21.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2010-cu ildə fəaliyyətə başlamış “Neoclass” şirkəti, Azərbaycanın inkişaf etməkdə olan inşaat sektorunda qısa zamanda çox önəmli bir yer tutmuşdur. Dünyanın və xüsusən də Avropanın 50-dən çox ən məşhur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 2000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan keramik kafel və metlaxlar, dekorativ mozaikalar, santexnika dəstləri, hamam mebelləri, vanna və duşkabinləri, su qarışdırıcıları və hamam üçün nəzərdə tutulmuş aksesuarlar nümayiş olunmaqdadir.

Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidməti göstərən “Neoclass” şirkəti (www.neoclass.az) təcrübəli, peşəkar və potensiallı şəxsləri Anbar müdiri vəzifəsində çalışmağa dəvət edir.

Anbar müdiri

Namizədə dair əsas tələblər:

•  Yaş: 27 yaşdan yuxarı
•  Təhsil: Ali (İdarəetmə və iqtisadiyyat sahəsində), maqistr dərəcəsi üstün tutulur
•  İş təcrübəsi: Aparıcı şirkətlərdə5 ildən yuxarı anbar idarəetmə təcrübəsi (Anbar idaretmə sahəsində çalışanlara üstünlük  veriləcək, lüks mallar satışı sahəsində təcrübəli olanlara əlavə üstünlük veriləcək)
•  Cinsi: Fərq etmir
•  Təlim və sertifikasiya: Anbar idarəetmə sahəsində təlim keçmiş və sertifikat almış mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair peşəkar tələblər:

•  Şəxsi keyfiyyətlər: Professional etik davranışlar, gərgin şəraitdə işləmə bacarığı, vicdanlılıq və ədalətlilik prinsipini əsas   tutmaq                                                                                                                                   
•  Diı bacarıqları: Azərbaycan, Rus, İngilis dillərində sərbəst danışıq və yazma                   
•  Kompyuter bilikləri: MS Word, MS Excel, MS Power Point, MS Visio, ERP proqramlar
•  Təqdimat bacarığı: Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək                                
•  Təlim bacarığı: Ehtiyac olduğu təqdirdə şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək       
•  Fərdi inkişaf: Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir                
•  Vaxtın idarəedilməsi: Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 6 gün, 8 saatlıq iş rejimi ilə
• İstirahət: Həftənin 1 günü
• İş yeri: Əsasən ofisdə, bəzən sahələrdə və ezamiyyətlərdə
• Tabeçilik: Rəhbərlik
• Tabe olanlar: bütün anbar, yükləmə-boşaltma strukturları
• Əmək haqqı və bonus: Təcrübədən asılı olaraq danışıqlar yolu, bonus sistemi,qoyulmuş hədəflərə görə əmək haqqı fondundan
• Fərdi təlimlər: Tələblərə uyğun olaraq şirkət tərəfindən maliyyələşdirilir

Əsas funksiyalar:

1.İş yükünün planlaşdırılması:

• Anbar yükünün planlaşdırılması
• Tələb olunan maşın-mexanizmlərin planlaşdırılması
• Yükləyici-boşaldıcı və daşıyıcı fəhlə sayının planlaşdırılması
• Anbar sahəsində çalışan əməkdaşların geyim, nişan və alətlərinin düzgün planlaşdırılması

2. Mal və materialın uçotunun təşkili:

•  Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması
• Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkili
• Daxil olan sifarişlər əsasında daşımalar üçün malların hazırlanması və yüklənməsi
• Mal çıxışlarının uçotu

3.Anbar idaretmə sahəsində inzibatçılıq:

• Strukturun idarə edilməsini təmin etmək
• Bu sahədə biznes proses və prosedurların hazırlanması
• Bu sahədə inzibatçılığın təşkili və idarə edilməsi
• Anbar daxilində aparılan bütün növ əməliyyatların idarə edilməsi

4.İnventar idaretmə sahəsində sənədləşdirmənin təşkili:

• Mal və materialların inventar üzrə qeydiyyatı
• İnventar idarəetmə sisteminin qurulması və anbaın optimal yerləşdirilməsi
• Anbar uçotunda sənədləşmənin təşkili
• Bəlli zamanlarda inventarizasiyanın aparılması

5.Anbar idaretmə sahəsində effektivliyin artırılması:

• Anbar idarəetmə və saxlanma xərclərinin analizi və təkmilləşdirilməsi
• Mal və materialların dövretmə göstəricilərinin hazırlanması
• Büdcənin optimallaşdırılması
• Anbar idarəetmə sisteminin optimillaşdırma prinsiplərin uyğun yenidən təşkili

CV-lərinizi Anbar müdiri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.