Marketinq şöbəsinin müdiri

İşin təsviri

Marketinq  şöbəsinin müdiri

Əsas öhdəliklər:

• Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamaq;
• İstehsal olunan məhsulların rəqabətə davamlılığını təyin etmək;
• Yeni istehlak bazarlarını araşdırmaq;
• Bazar araşdırmaları aparmaq və mövcud bazar durumunu analiz etmək;
• Marketinq tədqiqatı və araşdırmaları ilə əlaqədar işləri planlaşdırmaq,təşkil etmək və icrasına nail olmaq;
• Müştərilərin cəlb edilməsi;
• Müştərilərlə görüşlər keçirmək,təqdimat və təkliflər hazırlamaq;
• Müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• İstehlakçı tələbatı barədə məlumat toplamaq.

Tələblər :

• Ali təhsil;
• Azərbaycan,rus və ingilis dillərini sərbəst bilən;
• Ən azı 3 il iş təcrübəsi;
• Marketinq, PR və Satış sahələrinə aid biliklər, yüksək yaradıcılıq qabiliyyəti;
• Komandada işləməyi bacaran;
• Təmkinlilik,etibarlılıq,özünə inam;
• Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı;
• Yaş həddi 25-35-dək
• Ofis proqramlarında işləmə bacarığı olmalı;

Əmək haqqı yüksəkdir. Müsahibədən sonra namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.
Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə   "Marketinq satış meneceri" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Business Service Centre LTD
Azerbaijan,Baku - F.Amirov, 10
E-mail:[email protected]
Web: www.bsc-group.az