Tikinti üzrə mütəxəssis

İşin təsviri

Sumqayıt Texnologiyalar Parkı (STP) Tikinti üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edır.

Əsas vəzifə öhdəlikləri:

- Təyin edilmiş obyektdə tikinti-quraşdırma işlərinin işçi çertyojlara, layihəyə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Materialların, konstruksiyaların və məlumatların qəbul olunması təşkil etmək və onların keyfiyyətinə dair ilkin rəy verə bilmək;
- Obyektdə işləyən işçi briqadalar və ayrı-ayrı qruplar arasında işi bölmək, onların istehsalat tapşırıqlarını müəyyən etmək;
- Tikinti işlərinin yerinə yetirilməsi zamanı işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması prosesində təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirir.

Tələblər:

– Müvafiq sahədə ali təhsil;
- Azərbaycan və  rus  dillərini yazılı və şifahi surətdə əla bilmək;
- Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
- Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- İş üçün müvafiq kompüter proqramlarını bilmək (Word, Excel, AutoCAD);
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək.

Tam sosial təminat (məzuniyyət və s.)
Şirkət hesabına nahar
Nəqliyyat
Beşgünlük iş həftəsi

Maraqlı olan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına göndərə  bilərlər
Zəhmət olmasa elektron məktubu göndərərkən məzmunda "Tikinti üzrə mütəxəssis" vəzifəsini geyd edin.

Əlavə məlumat üçün+994774997929 saylı telefon nömrəsinə zəng vura bilərsiniz

İşəgötürənin reytinqi