Mətbuat katibi

  • Baku Bus
  • Elanın qoyulma tarixi: 16.03.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel  2014-cü il tarixli 92 nömrəli Qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud  Məsuliyyətli  Cəmiyyət yaradılmışdir.Cəmiyyətin yaradılmasında əsas məqsəd Bakı şəhərində sərnişinlər üçün avtobus nəqliyyat sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkil edilməsi və sərnişinlərin daşınmasında avtobus nəqliyyat sisteminin təkmilləşdirilməsi və şəhər mərkəzində nəqliyyatın hərəkətinin optimallaşdırılmasıdır.

“BakuBus”Məhdud Məsuliyyətli Cəmiyyəti aşağıda qeyd edilmiş vakant iş yeri üçün işçi qəbulu elan edir.

Vəzifə: Mətbuat  katibi

Tələblər:

• Ali  təhsilli
• Kişi/qadın
• 30-50 yaş
• Azərbaycan dili(şifahi və yazılı),İngilis dili,Rus dili
• Kompüter  və  ofis avadanlığı  ilə  işləmək bacarığı
• Ünsiyyət  və  təqdimat  bacarıqları
• İşində dəqiq və məsuliyyətli  olmaq
• Komanda  ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

• MMC-nin fəaliyyəti  barədə  kütləvi  informasiya vasitələri  və sosial şəbəkələr vasitəsilə təbliğat  və təşviqatın aparılması.
• MMC-nin fəaliyyəti haqqında məlumatların mətbuat açıqlaması,brifinq,mətbuat konfransları və digər üsüllarla mütəmadi olaraq ictimaiyyətə çatıdırlması.
• MMC-nin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi haqqında  ictimaiyyətə  müntəzəm məlumatın verilməsi.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi(anketlərinizi)  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz [email protected]