Sous Chef

İşin təsviri

VƏZİFƏNİN XÜLASƏSİ

Gündəlik mətbəx fəaliyyətinin ümumi uğuruna görə cavabdehlik daşıyır.  Tapşırıqları şəxsən yerinə yetirərək eyni zamanda, heyətə rəhbərlik edərək və ərzaqla bağlı bütün funksiyaları idarə edərək kulinariya sahəsində bacarıqlarını nümayiş etdirir.  Qonaqların və əməkdaşların məmnunluğunu təmin edilməsi və əməliyyat büdcəsinin gözlənməsi üçün çalışır. Davamlı olaraq yüksək keyfiyyətli məhsul istehsalı üçün bütövlükdə mətbəx sahəsinə nəzarət edir.  Heyəti, həmçinin birbaşa tabeçilikdə olan şəxsləri yönləndirmək və inkişaf etdirmək üçün cavabdehlik daşıyır.

• Kulinariya standartlarının və öhdəliklərin qarşılanmasını təmin etmək
• Mətbəxlə bağlı bütün fəaliyyət və hazırlıqlarda Baş aşpaza yardımçı olur.
• Mətbəx əməliyyatlarına rəhbərlik
• Müstəsna müştəri xidmətlərinin təmin edilməsi
• Kulinariya məqsədlərinə nail olmaq

Namizədin profili

Təhsil və təcrübə

• Orta məktəb diplomu və ya kulinariya, ərzaq və içki və ya əlaqədar sahədə 4 illik təcrübə.

və ya

• Kulinariya, otel və restoran idarəetməsi və ya əlaqədar ixtisas üzrə 2 illik universitet dərəcəsi; kulinariya, ərzaq və içki və ya əlaqədar peşə sahəsi üzrə 2 illik təcrübə.

İdarəetmə bacarıqları

o Aşpazlıq - Məhsulların qarışdırılması, əridilməsi, bişirilməsi və hazırlanması, ölçü alətləri, reseptin hazırlanması (zəruri qaydada azaltma və çoxaltma) və innovativ hazırlama metodları və təqdimat haqqında biliklər.
o Məhsulun istehsalı və təqdimatı - Saxlanma/istifadə üsulları və sanitariya standartları daxil olmaqla ərzaq məhsullarının (bitki və heyvan mənşəli) istehlaka hazırlanması və təqdimatı üçün üsul və avadanlıqlara dair biliklər.
o Bişirmək - Kulinariya prinsipləri, standartları, üsulları və avadanlığından istifadə edərək yeməkləri hazırlamaq və təqdim etmək bacarığı (məs, odda bişirmək, sote hazırlamaq, qızartmaq, dekorativ bəzəklərdən istifadə etmək, reseptlərə əməl etmək).
o Mətbəxin idarə edilməsi - Ərzağın saxlanması və hazırlanması sahələri üzrə ümumi təmizlik prosedurları və standartları haqqında biliklər.
o Mətbəx alətləri və avadanlıqları - Mətbəx alətlərini (məs, kəsmək üçün alətlər, bıçaqlar, maşalar, dilimləyicilər, şpatellər) istifadə etmək və saxlamaq və mətbəx avadanlığından (məs, peçlər, odluqlar, buxar stolları, frityür qablar, çaydanlar) düzgün və təhlükəsiz şəkildə istifadə etmək bacarığı.
o Kompüter bacarıqları– Kompüter avadanlığı və proqram təminatından (məs. şəxsi kompüterlər,  mətn redaktorlarından, İnternet brauzerlərdən  və s.) istifadə bacarıqları.

Maraqlı olan şəxslər, öz anketlərini (CV) [email protected] ünvanına göndərə bilərlər.

Marriott International is an equal opportunity employer committed to hiring a diverse workforce and sustaining an inclusive culture. Marriott International does not discriminate on the basis of disability, veteran status or any other basis protected under federal, state or local laws.