Satış təmsilçisi

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Müəssisənin məhsul və xidmətlərinin (təlimlər, layihələr, B2B xidmətlər) aktiv satışı 
  • Gündəlik, həftəlik və aylıq satış planlarının yerinə yetirilməsi 
  • Daxil olan müraciətlərin satışa çevrilməsi və müştəri ilə müntəzəm əlaqə
  • Yeni müştərilərin cəlb olunması və müştəri bazasının genişləndirilməsi 
  • Telefon zəngləri, WhatsApp, e-mail və canlı görüşlər vasitəsilə satış prosesinin aparılması 
  • Müştəri etirazlarının peşəkar şəkildə idarə olunması və satışa çevrilməsi 
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, müştərilərin suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi və müvafiq həllərin tövsiyyə edilməsi;
  • Peşəkar şəkildə müştərilərə xidmət göstərilməsi
  • Səbr və anlayış göstərərək mövcud problemlərin həll edilməsi;
  • Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
  • CRM sistemi üzərindən müştəri məlumatlarının düzgün aparılması 
  • Canlı təqdimatlar: universitetlərdə, məktəblərdə, təşkilatlarda təqdimatların keçirilməsi 
  • Rəqib analizi aparmaq və satışın artırılması üçün təkliflər vermək 

Tələblər:

  • Ali təhsil 
  • Satış sahəsində minimum 3-5 il iş təcrübəsi 
  • B2B və B2C satış prinsipləri üzrə nəzəri və praktiki biliklər 
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı 
  • Aktiv, məsuliyyətli və nəticə yönümlü iş tərzi 
  • CRM sistemləri ilə işləmə bacarığı üstünlükdür 
  • Azərbaycan dili – səlis 
  • Rus dili – səlis
  • İngilis dili – səlis 
  • Səliqəli görünüş və peşəkar davranış 
  • Yeniliklərə açıq, diqqətli və təşkilatçılıq qabiliyyəti yüksək, güclü layihə idarəetmə bacarığına sahib;
  • Azərbaycan, rus və ingilis dillərində axıcı danışıq və savadlı yazı qabiliyyəti;
  • Komanda ilə işləmək və müxtəlif şöbələrlə əməkdaşlıq bacarığı;
  • Təşəbbüskar və nəticə yönümlü olmaq;
  • Davamlı, çevik və məsuliyyətli kommunikasiya situasiyalarında özünü itirməyən.

İş şərtləri: 

  • İş rejimi: 6 iş günü 
  • İş qrafiki: saat 10 00-18 00
  • Əmək haqqı: namizədin bilik və bacarığına uyğun olaraq.

Müraciət: CV və varsa portfolionuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Satış təmsilçisi” yazmağı unutmayın.