Metodist

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 14.01.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


“Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Metodist

Namizədə tələblər
• Cinsi: kişi və ya qadın;
• Təhsil: Ali;
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla);
• Kompyuter bilikləri: Word (əla), Excel (əla), PowerPoint (əla);
• Sığorta sahəsində ən azı 2 il iş təcrubəsi;

Şəxsi keyfiyyətlər

• Analitik düşünmə bacarığı;
• Problemlərin təhlili və həll etmək bacarığı;
• Məsuliyyətli və aktiv;
• Ünsiyyət qurmaq bacarığı;
• Yüksək nitq mədəniyyəti;
• Yüksək təqdim etmə bacarığı.

Əsas vəzifə öhdəlikləri
• Sığorta şirkəti üçün təlimat və qaydaların hazırlanması;
• Problemləri təhlil ederək, həll etmək;
• Lazımi hesabatların tərtibi.

İş şərtləri
• Əmək müqaviləsi bağlanılır;
• İş vaxtı 09:00 - 18:00;
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
• Şirkət tərəfindən nahar.

Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir əks halda CV-yə baxılmır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.