İşin təsviri
Namizədə olan tələblər:
- Təhsil: Ali və ya orta ixtisas təhsili.
- Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi ünsiyyət bacarıqları, təşkilatçılıq, təşəbbüskarlıq, komandada işləmə qabiliyyəti, intizamlılıq, dəqiqlik, məsuliyyət və məqsədyönümlülük.
- İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus və İngilis dilləri isə arzuolunandır.
- Kompüter bacarıqları: Microsoft Office, Word və Excel proqramlarında iş bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Şirkət adına ünvanlanmış elektron və kağız sənədləri qeydiyyata almaq və icraçılara təqdim etmək.
- Göndərilən sənədləri qeydiyyata almaq və ünvanlarına göndərilməsini təmin etmək.
- İcrada olan sənədlərin icra vəziyyəti statusuna nəzarət etmək.
- Vaxtı bitmiş sənədlərin arxivləşdirilməsini təmin etmək.
- Daxil olan müraciətlərin qəbulu və həlli.
- Ofisə gələn qonaqları qarşılamaq və yönləndirmək.
- Ofis ləvazimatlarının sifarişini hazırlamaq və inventarın hərəkətini idarə etmək.
- İclas otağının və cavabdeh olduğu digər iş sahələrini iş üçün hazır vəziyyətdə saxlamaq.
- İşçilərin xidməti görüşlərə dair qeydiyyat jurnalının doldurulmasına nəzarət etmək.
- İşçilər üçün xidməti nəqliyyatı təşkil etmək və prosesin aylıq elektron hesabat cədvəlini aparmaq.
- Vəzifə təlimatına uyğun digər işləri icra etmək.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq 500 manatdan başlayır (vergilər nəzərə alınmaqla).
- İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 18:00-dək, cümə günü saat 17:00-dək.
- Tibbi sığorta təminatı.
- İllik məzuniyyət hüququ: 30 gün və qanunvericiliyə uyğun əlavə məzuniyyət hüququndan istifadə.
Zəhmət olmasa, mövzu bölməsində “Ofis meneceri” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin.
Müsahibəyə vakansiya tələblərinə uyğun gələn namizədlər dəvət olunacaqdır.