Hüquq şöbəsinin Hüquqşünası

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • İddia ərizələrini, pretenziyaları, apellyasiya şikayətlərini, kassasiya şikayətlərini, etirazları, vəsatətləri hazırlamaq, onları təyinatı üzrə göndərmək və məhkəmə baxışından əvvəl araşdırmalar aparmaq, habelə çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar müvafiq işləri həyata keçirmək;
  • Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavab yazmaq və təyinatı üzrə göndərilməsini təmin etmək;
  • Qərarların, əmrlərin, sərəncamların, sazişlərin və hüquqi xarakterli digər normativ sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunu qabaqcadan yoxlamaq, lazımı hallarda isə bu sənədləri hazırlamaq;
  • Dövlət tərəfindən təsdiqlənmiş yeni normativ hüquqi aktların və ya mövcud olanlara dair dəyişikliklərin edilməsi ilə bağlı onların şirkətdaxili uçotunu aparmaq və bu barədə şirkətin əməkdaşlarına məlumat vermək;

Tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • AR Konstitusiyası, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, o cümlədən sığorta və səhmdar cəmiyyətlərlə bağlı qanunvericilik biliyi;
  • Sığorta sahəsində iş təcrübəsi (arzuolanındır);
  • Kompüter biliyi: MS Office (Excel, Word, Outlook, PowerPoint);
  • Dil biliyi: Azərbaycan, rus, ingilis dili.

Şərtlər:

  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00-dək;
  • Əmək haqqı namizədin səriştəlik və kvalifikasiya dərəcəsinə uyğun təklif edilir.

Vakansiya şərtləri və tələbləri sizə uyğun gəldiyi təqdirdə CV-nizi e-maildə “Hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.

Meqa Həyat Sığorta tərəfindən digər vakansiyalar