DəmirBank ASC Problemli Kreditlərlə İş Departamentində Müştəri xidmətləri üzrə mütəxəssis (Call Center Specialist) vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
Departamentə daxil olmuş problemli kreditlər üzrə müştərilərlə telefon əlaqəsi saxlamaq;
Müştərilərə borcları, ödənişlərdə gecikmələri barədə məlumat vermək və borcların qaytarılması barədə xəbərdarlıq etmək;
Müştərilərlə gündəlik telefon danışıqlarının, onların cavablarının qeydiyyatını aparmaq;
Hər gün sonunda aparılmış qeydiyyatların hesabatını hazırlayıb təqdim etmək;
Bank və onun xidmətləri barədə şöbəyə telefon, email və sayt ilə online olaraq müraciət edənlərə məlumat və məsləhət xidmətlərinin göstərilməsi.
Namizədə qarşı tələblər:
Ali təhsilin olması;
Yüksək ünsiyyət qabiliyyətinin olması;
Rus və Azərbaycan dillərində yüksək səviyyədə danışıq və yazı bacarığının olması (İngilis dili biliyi üstünlükdür);
Yüksək yazışma və problemləri həll etmə bacarığının olması;
Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsinin olması;
MS Office proqramlarında işləmək bacarığının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 yanvar 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri Xidmətləri şöbəsinə mütəxəssis və ya Call center specialist) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.