İşin təsviri
İş şəraiti
- Ünvan: AGA Business Center
- İş saatları: 5/7 ; 09:00-18:00
- Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaqdır.
Vəzifə Öhdəlikləri
- Müəyyən edilmiş satış hədəflərinə çatmaq və şirkətin bazar payını artırmaq.
- Yeni potensial müştəriləri (korporativ müştərilər, tikinti və layihə şirkətləri) aktiv şəkildə axtarmaq və uzunmüddətli əlaqələr qurmaq.
- Müştərilərin texniki ehtiyaclarını analiz etmək və onlara uyğun olan lift/eskalator həllərini təklif etmək.
- Maliyyə şərtlərini nəzərə alaraq rəqabətli kommersiya təklifləri hazırlamaq və müqavilələri bağlamaq.
- Satış prosesi boyunca (ilkin danışıqdan quraşdırılmaya qədər) layihələrin effektiv idarə olunmasını təmin etmək.
- Bazar trendlərini, rəqiblərin fəaliyyətini izləmək və hesabatlar hazırlamaq.
Tələblər
- Ali təhsil ( Texniki sahə üzrə )
- Satış və Müştəri Əlaqələri İdarəetməsi (CRM) sahəsində minimum 3 il iş təcrübəsi (tercihən tikinti, lift sistemləri və ya oxşar B2B satış sahəsində).
- Azərbaycan və Rus dillərində səlis ünsiyyət bacarığı (İngilis dili üstünlükdür).
- Güclü danışıqlar aparmaq, müqavilə bağlamaq və təqdimat bacarıqları.
- MS Office proqramları (Excel, PowerPoint) üzrə mükəmməl biliklər.
Maraqlanan namizədlərdən mövzu (Subject) hissəsində "Satış Meneceri" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.