İşin təsviri
Vəzifə və Öhdəliklər:
- Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət;
- Məzuniyyət, Ezamiyyət, İşə qəbul, Xitam və s. əmrlərin hazırlanması;
- Vahid namizədlər bazasının gündəlik yenilənməsi;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət
- Rəhbərin verdiyi digər tapşırıqları yerinə yetirmək.
Bilik və bacarıqlar:
- Ali təhsil;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyi biliyi arzuolunandır;
- Öyrənməyə və inkişafa yüksək təşəbbüs və həvəs;
- MS Office proqramlarından istifadə bacarığı;
- Müvafiq sahədə təcrübənin olması və ya İR sahədə təlimlərdə iştirik etmiş olması arzuolunandır;
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
- Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
- Təqdimat bacarığı.
İş şəraiti
- İş yeri - Sumqayıt şəhəri, Kimya Sənaye Parkı
- İş vaxtı: Həftədə 5 gün (Bazar ertəsi-Cümə), saat 08:30-17:30
- Nahar şirkət tərəfindən verilir.
- Təcrübə ödənişlidir,əmək müqaviləsi bağlanılır.
Əgər təklifimiz Sizə maraqlıdırsa “İnsan Resursları üzrə Təcrübəçi” adını mövzu hissədə qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiz.