Kartaş LTD (Mr.Fix)


Kartaş LTD MMC 2000-ci ildə Azərbaycanda təsis olunub. Şirkət, Mr. Fix markası ilə kafel və keramika yapışdırıcıları, ara dolğuları, su izolyasiya materialları, hazır suvaqlar, təmir materialları istehsalı ilə fəaliyyətə başlamış. 2008-ci ildə hazır beton sənayesi üçün kimyəvi qatqılar; 2014-cü ildən isə binalarda enerji effektivliyinin təmin olunması üçün istifadə edilən termo izolyasiya materiallarının istehsalına başlamışdır. Mr.Fix məhsulları ən son texnoloji avadanlıqlarla, tam avtomatlaşdırılmış şəraitdə hazırlanır. Şirkət inşa edilən hər bir tikilinin insanların rahatlığı, təhlükəsizliyi baxımından önəm daşıdığını bilərək, keyfiyyət meyarını daima önə çəkir. Şirkət ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi və yerli standartlarla fəaliyyət göstərir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?