Hüquq şöbəsinin müdiri

  • TCF BOKT ASC
  • Elanın qoyulma tarixi: 28.12.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hüquq şöbəsinin müdiri

“TCF” Bank olmayan kredit təşkilatı ASC Hüquq şöbəsinin müdiri vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
• Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
• Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
• Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
• Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
• Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
• Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
• Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;
• Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;

Tələb olunan keyfiyyətlər:

• Ali hüquq təhsili;
• Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;
• Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
• Azərbaycan dilini mükəmməl bilmək;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquq şöbəsinin müdiri) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Baş İdarə

Ünvan: Bakı şəh., Binəqədi Rayonu, Ə. Naxçıvani, ev 3066-cı məhəllə

Faks: (99412) 563 23 27

“TCF” Bank olmayan kredit təşkilatı ASC haqqında ətraflı məlumatı www.tcf.az web səhifəsindən əldə edə bilərsiniz.