Mühasib

  • TCF BOKT ASC
  • Elanın qoyulma tarixi: 08.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

“TCF” Bank olmayan kredit təşkilatı ASC Mühasib vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Ödəniş sənədlərinin tərtibi;
• Gündəlik bank və kassa əməliyyatlarının əməliyyat proqramında qeydiyyatı;
• Təhtəl hesab şəxslərlə hesabatın uçotu;
• Qarşısına qoyulan və rəhbərlik tərəfindən tələb edilən bütün cari mühasibat əməliyyatlarının yerinə yetirilməsi.

Tələb olunan keyfiyyətlər:

• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
• Microsoft Office proqramlarını (əsasən MS Excel) yüksək səviyyədə bilmək bacarığı;
• Azərbaycan dilində sərbəst danışmaq (ingilis dili arzuolunandır);
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Mühasib) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Baş İdarə

Ünvan: Bakı şəh., Binəqədi Rayonu, Ə. Naxçıvani, ev 3066-cı məhəllə

Faks: (99412) 563 23 27
“TCF” Bank olmayan kredit təşkilatı ASC haqqında ətraflı məlumatı www.tcf.az web səhifəsindən əldə edə bilərsiniz.