Sumqayıt Texnologiyalar Parkı (STP) “Kadrlar üzrə mütəxəssis (HR)” vəzifəsinə vakansiya elan edır.
Əsas vəzifə:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, vəzifə keçirmələrini, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək
- İşçilərin şəxsi işlərini formalaşdırıb qaydaya salmaq, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını yerinə yetirmək
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlər aparmaq, onları qorumaq, əmək stajını hesablamaq, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışlar vermək
- İşçilərə məzuniyyətlərin verilməsi uçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Cəmiyyətin kadrlara olan tələbatını təmin etmək, kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək
- Xəstəlik vərəqələrinin hesabalanması
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və s.
Şərtlər:
- Ali təhsilli;
- Bu sahədə minimum 5 ilə kimi iş təcrübəsi;
- Azərbaycan və rus dili əla bilmək;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
- Kompüter proqramlarında sərbəst işləmək;
- Məsuliyyətli və diqqətli;
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı;
- Problemləri həll etmə bacarığı;
- İdarəçilik qabiliyyəti;
STP işləyərkən:
Tam sosial təminat (məzuniyyət və s.)
Şirkət hesabına nahar
Nəqliyyat
Beşgünlük iş həftəsi
Maraqlı olan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər
Zəhmət olmasa elektron məktubu göndərərkən məzmunda " Kadrlar üzrə mütəxəssis (HR)” vəzifəsini geyd edin.