Satış Meneceri (Qrup və Tədbirlər seqmenti üzrə)

İşin təsviri

Əmək funksiyası.

  • Davamlı olaraq peşəkar, gülər üzlü  və diqqət çəkici xidmət təklif etmək:
  • Həm daxili və həm də xarici müştərilərə vaxtında və nəzakətli xidmətin göstərildiyinə əmin olmaq:
  • Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasını təmin etmək:
  • Otel və/və ya bazar şərtlərinə əsaslanaraq, mövcud tur agentlikləri ilə müqavilələri uyğunlaşdırmaq və ya yenilərini hazırlamaq üçün araşdırma aparmaq:
  • Fəaliyyət planının hazırlanması və icrası vasitəsilə qrup, müvəqqəti və/yaxud banket biznesini inkişaf etdirmək, sağlam biznes təcrübələri vasitəsilə beynəlxalq operatorlardan, səyahət agentlərindən və iri həcmli tur şirkətləri ilə  yeni biznes imkanları əldə etmək:
  • Yazılı müqavilələr əsasında təsdiqlənən parametrləri, təklifləri və qiymətləri birbaşa rəhbər və müştərilərlə  müzakirə etmək və razılaşdırmaq:
  • Həm ölkədaxili, həm də ölkəxarici  otel və ticarətlə bağlı təşkilatlar çərçivəsində ticarət sərgilərinə, müşavirələrə və reklam tədbirlərinə qatılmaq:
  • Müvafiq proqram təminatları çərçivəsində müştəri rekvizitlərini, habelə, əlaqə, fəaliyyət və biznes məlumatlarını saxlamaq:
  • Müqavilənin bütün təfərrüatlarının çatdırılmasını  və qonaqların razı qalmasını təmin etmək üçün, Qida və İaşə & Ön Ofis departamentləri ilə sıx əməkdaşlıq etmək, bütün əməliyyat tədbirləri sifarişləri və qrup təlimat vərəqlərini vaxtında digər şöbələrə düzgün şəkildə çatdırmaq:
  • Həftəlik, aylıq, rüblük və illik hesabatlar hazırlamaq:
  • Şirkət əməkdaşlarına və qonaqlara nəzakətli şəkildə kömək etmək və  düzgün koordinasiyanın təmin etmək;      
  • Təşkil ediləcək tədbirdən və otelə gələcək olan qrupdan öncə bütün lazımi məlumatları tam və düzgün şəkildə adiyyəti şöbələrlə bölüşmək:
  • İllik büdcə planlanmasında iştirak etmək, şöbənin qarşısına qoyduyduğu illik satış hədəfindən məlumatlı olmaq və bu hədəfə çatmaq üçün düzgün strategiya seçmək:
  • Yeni bazarları və biznes imkanlarını müəyyənləşdirmək və satışları artırmaq
  • Otelin biznes strategiyalarını aydın şəkildə başa düşmək, daha sonra hədəflər təyin etmək və bu məqsədlərə çatmaq üçün fəaliyyət planlarını müəyyən etmək.
  • Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək və bu qoyulmuş satış hədəflərinə çatmaq
  • Müştərilərə tez və vaxtında cavab vermək, peşəkar uzunmüddətli işgüzar əlaqələr qurmaq
  • İstirahət məqsədləri üçün səyahət agentlikləri tərəfindən edilmiş rezervasiyaları, qonaq otaqları üçün olan tələbləri, qida və iaşə, audiovizual məsələləri rezervasiya günündən gediş gününə qədər tam təşkil etmək:
  • Etdiyi bütün satışların yazılı müqavilələrini və digər tələb olunan sənədləşməsini hazırlamaq
  • Ödəniş prosedurlarının təşkil etmək, istənilən deposit və/və ya kreditlərin qəbulu haqqında adekvat məlumat toplamaq və qəbul oluna biləcək müddət ərzində alındığına əmin olmaq:
  • Fəal olaraq satışın bütün  sahələrində yeni potensial əlaqələrin axtarışı, inkişafı, və onların aktiv məhsuldar hesablara çevrilməsi üçün satış strategiyasına riayət etmək;

Tələblər:

  • Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır)
  • Müvafiq vəzifə üzrə təcrübə
  • Opera PMS Software, Microsoft Windows kompüter proqramlarını bilmək.
  • Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
  • Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
  • Səlis Azərbaycan,İngilis,Rus dili 
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
  • Dinamik, öyrənməyə həvəsli olmaq
  • Yaxşı satış və təqdimat bacarığı olmaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.