HR köməkçisi

İşin təsviri

ABSP komandasına HR Köməkçisi (Miqrasiya İşləri üzrə) axtarırıq!

Əgər sən insan resursları sahəsində karyeranı inkişaf etdirmək, xarici müştərilərlə təcrübəsi olan komanda ilə işləmək və miqrasiya proseslərinə dair biliklərini genişləndirmək istəyirsənsə – bu elan sənin üçündür!
İş şəraiti

  • İş yeri: Nərimanov ray, Çinar Park Biznes mərkəzi
  • İş qrafiki: Həftəiçi 5 gün (09:00 – 18:00)

Səndən gözləntilərimiz:

  • Miqrasiya sənədlərinin hazırlanması və aidiyyəti dövlət qurumları ilə koordinasiya
  • Xarici işçilərin viza, iş və yaşayış icazələrinin alınması və yenilənməsi
  • HR komandası ilə birgə sənədləşmə işlərinə dəstək
  • Yeni gələn xarici əməkdaşlara uyğunlaşma prosesində yardım

Tələblər:

  • Oxşar sahədə azı 1 il iş təcrübəsi tələb olunur;(miqrasiya sahəsində təcrübəyə üstünlük veriləcək.)
  • Rus, ingilis və ya çin dillərindən hər hansı birini bilmək mütləqdir.
  • MS Office proqramlarında işləmə bacarığı
  • Təşkilatçılıq və ünsiyyət bacarığı yüksək səviyyədə

Biz nə təklif edirik?

  • Stabil və peşəkar mühit
  • Karyera inkişafı üçün imkanlar
  • Gənc və dinamik komanda
  • Rahat və müasir ofis şəraiti

Əgər sən də bu komandada yer almaq istəyirsənsə, CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər və mövzu hissəsində "HR Köməkçisi (Miqrasiya)" yazmağı unutma!

Gələcək səninlə başlasın – ABSP komandasında!