İşin təsviri
İş barədə ümumi məlumat:
ABS Partner Consulting olaraq, əməkdaşlıq etdiyimiz müştəri şirkət üçün satış komandasında çalışacaq, enerjili, ünsiyyətcil və nəticəyönümlü Satış Təmsilçisi axtarırıq. Namizəd məhsulların təqdimatını və satışını həyata keçirməklə yanaşı, müştəri məmnuniyyətinin təmin olunmasına da məsul olacaq.
İş şərtləri:
- İş qrafiki: 6 günlük rəsmi iş qrafiki
- Əmək haqqı: 500 – 600 AZN + bonus
- Ünvan: Bakı şəhəri, Nizami rayonu, 2222-ci məhəllə, Babək prospekti, 33D
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılamaq, məhsullar haqqında ətraflı məlumat vermək və uyğun seçim etmələrinə kömək etmək
- Aylıq satış planlarının və hədəflərin yerinə yetirilməsində aktiv iştirak etmək
- Məhsul təqdimatında diqqəti cəlb edərək satışları artırmaq
- Mağazadakı məhsullar və xidmətlərlə bağlı ətraflı məlumat təqdim etmək
- Müştəri məmnuniyyətini təmin etmək və təkrarlanan alış-verişi təşviq etmək
- Mağaza daxilində qaydalara və prosedurlara riayət etmək
- Satış hədəflərinə çatmaq üçün rəhbərliyə mütəmadi hesabat təqdim etmək
- Problemləri operativ və düzgün şəkildə həll etmək, zəruri hallarda rəhbərliyi məlumatlandırmaq
- Satış sonrası müştəri dəstəyi göstərmək (qaytarma, dəyişmə prosesləri və s.)
- Nizam-intizam və daxili qaydalara əməl etmək
- Birbaşa rəhbərin verdiyi əlavə tapşırıqları yerinə yetirmək
Tələblər:
- Təhsil: Orta texniki və ya ali təhsil
- İş təcrübəsi: Minimum 1-2 il (avtomobil sahəsində təcrübə üstünlükdür)
- Kompüter bilikləri: MS Office proqramları
- Sürücülük vəsiqəsi
- Zərərli vərdişlərsiz, məsuliyyətli, nəzakətli və səliqəli olmaq
- Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı
Kompetensiyalar:
- Ünsiyyət bacarığı – Yüksək
- Müştəri yönümlülük – Yüksək
- Məhsul və satış bilikləri – Yüksək
- Stressə davamlılıq – Orta
- Komanda ilə işləmək – Orta/Yüksək
CV-lərinizi “Satış təmsilçisi” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.