Maliyyə işləri üzrə aparıcı mütəxəssis (Hesabatlılıq və Analitika şöbəsi)

  • ABS PARTNER MMC
  • Elanın qoyulma tarixi: 28.08.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti) hazırlanması;
  • IFRS standartlarına uyğun hesabatların tərtibinə dəstək;
  • Maliyyə göstəricilərinin analizi və rəhbərliyə təqdimatların hazırlanması;
  • Vergi bəyannamələrinin və mühasibat uçotunun düzgünlüyünə nəzarət;
  • Junior və mütəxəssislərin işinə metodiki dəstək və yönləndirmə.

Tələblər:

  • Maliyyə və mühasibat uçotu üzrə ali təhsil;
  • Minimum 4–5 il iş təcrübəsi (audit və ya konsaltinq təcrübəsi üstünlükdür);
  • Maliyyə hesabatlarının hazırlanmasında praktiki bacarıqlar;
  • Milli mühasibat uçotu standartları və beynəlxalq standartlar (IFRS) üzrə biliklər;
  • Güclü analitik düşüncə, məsuliyyət və komanda işini idarəetmə bacarığı.

Biz təklif edirik:

  • Çoxşaxəli və maraqlı layihələrdə iştirak;
  • Peşəkar inkişaf üçün təlim və sertifikat dəstəyi;
  • Stabil əmək haqqı və əlavə inkişaf imkanları;
  • Peşəkar mühitdə karyera yüksəlişi (Bonus sistemi 2026-cı ildən tətbiq olunacaq).

İş rejimi: 5 günlük iş həftəsi

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.

ABS PARTNER MMC tərəfindən digər vakansiyalar