İşin təsviri
Decoliv mağazalar şəbəkəsi böyüyən komandasına Layout üzrə Mütəxəssis axtarır!
Vəzifə öhdəlikləri:
- Mağazaların ölçülərini götürmək və dəqiq planlar hazırlamaq;
- Rəflərin və məhsul yerləşiminin layihələndirilməsi;
- Mağazaların tikinti layihələrinin hazırlanması və təqdim edilməsi;
- Smeta sənədlərinin hazırlanması;
- Tikinti dövründə mağazalara mütəmadi ziyarət edərək ölçülərin düzgünlüyünə və görülən işlərin keyfiyyətinə nəzarət;
- AutoCAD proqramında peşəkar səviyyədə plan və layihələr hazırlamaq.
Namizədə tələblər:
- Memarlıq, Dizayn və ya Tikinti mühəndisliyi üzrə ali təhsil;
- Layout və mağaza dizaynı üzrə ən azı 2 il iş təcrübəsi;
- AutoCAD proqramında yüksək səviyyədə işləmə bacarığı
- Smeta hazırlanması üzrə bilik və təcrübə;
- Tikinti və interyer işlərinin icrası sahəsində nəzarət təcrübəsi;
- Dəqiqlik, məsuliyyət və analitik düşüncə bacarığı.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Tibbi sığorta
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mağaza Layihələndirmə üzrə Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər.