Hüquqşünas köməkçisi

  • Invest Telecom
  • Elanın qoyulma tarixi: 24.11.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətin adı Invest Telekom

Vəzifə Hüquqşünas köməkçisi

Vəzifə öhdəlikləri

• Müqavilələrin tərtib edilməsi
• Xarici hüquqi şəxslərlə bağlanılan müqavilələrin və eləcə də digər müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin tərtib edilməsi
• Hüquqi sənədlərin tərtib edilməsi
• Təşkilatın maraqlarının məhkəmələrdə, hökumət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
• Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
• Şirkətin bölmələrini hüquqi məsləhət və yardımla təmin edilməsi
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
• Məktubların tərtib olunması və göndərilməsinə nəzarət edilməsi

Namizədə Tələblər

• Ali hüquqi təhsil
• Müqavilələr hüququ üzrə dərin biliyə və təcrübəyə malik olmalı
• Müqavilələrin ekspertizası (hüquqi rəylərin tərtib edilməsi) istiqamətində bilik və bacarığı
• Məhkəmə və icra işləri üzrə peşəkar təcrübəsi olmalı
• Azərbaycan Respublikasının qanunlarını (Mülki, Mülki Prosessual, Cinayət və Cinayət Prosessual məcəllələrini, İcra haqqında qanunu, Əmək qanunvericiliyini, Beynəlxalq hüquq)
• Dil bilikləri zəruridir (Azərbaycan, İngilis və Rus)
• Ofis proqramları (Word, Excel, Internet)
• İş təcrübəsi - 2 ildən yuxarı
• Stress altında işləmə bacarığı
• Ünsiyyət qurma qabiliyyəti
• Məsuliyyətlilik, diqqətlilik
• Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma
• Yaş həddi 23-dən yuxarı
• Qadın namizədlərə üstünlük verilir

İş rejimi

• Tam iş günü / 9:00 - 18:00
• Əmək haqqı: Razılaşma yolu ilə

CV-ləri müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquqşünas köməkçisi ) göstərməyinizlə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.