Invest Telecom


"Telekom İnvest" MMC 2007-ci ildən bəri Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sahəsində uğurla fəaliyyət göstərən aparıcı operatorlardan biridir. Hal-hazırda "Telekom İnvest"in iki böyük biznes şəbəkəsi var:

1) Motorola Solutions məhsullarının təminatı;

2) İnternet- provayderliyi.

İnternet provayderi kimi Telekom İnvestin 12000-ə yaxın müştərisi var və bu rəqəm ən son informasiya texnologiyalarını araşdıraraq əhatə dairəmizi genişləndirdiyimiz üçün hər gün artır. Trank rabitəsi üçün Azərbaycan Respublikasının İqtisad Nazirliyindən alınan rəsmi lisenziyaya uyğun olaraq müştərilərə aşağıdakı xidmətləri təklif edirik:

— Naqilsiz rabitə avadanlıqlarının satışı;

— Naqilsiz rabitə vasitələri üçün aksessuarların satışı;

— Avadanlıqların icarəsi;

— Radio tezliklərin ayrılmasına dəstək;

— Radio tezlik və radiorabitə avadanlıqlarının istifadəsi üçün sənədlərin hazırlanması və icazə alınmasına kömək;

— Şirkətin mütəxəssisləri tərəfindən peşəkar konsultasiya.

"Motorola Solutions"-ın rəsmi distrübyuteri olaraq, bu məhsulları təklif edirik:

— Tetra avadanlıqları;

— Mototrobo şəbəkəsi;

— Walkie-Talkie;

— Radiostansiyalar üçün Aksesuarlar.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?