Təçhizatçı

  • Max Print
  • Elanın qoyulma tarixi: 28.07.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:
Tədarükçülərin axtarışı və seçimi:

  • Tikinti materialları bazarının təhlili və etibarlı yerli tədarükçülərin seçilməsi;
  • Məhsul keyfiyyətinin, çatdırılma müddətinin və müqavilə şərtlərinin qiymətləndirilməsi.

Müqavilələrin bağlanması:

  • Tərəfdaşlarla danışıqların aparılması, əməkdaşlıq şərtlərinin razılaşdırılması;
  • Yerli partnyorlarla müqavilələrin hazırlanması və imzalanması.

Satınalmaların təşkili:

  • Tələbatın planlaşdırılması və sifarişlərin formalaşdırılması;
  • İcraata nəzarət, çatdırılmaların izlənməsi və vaxtında təhvil-təslimin təmin olunması.

Keyfiyyətə nəzarət:

  • Materialların standartlara uyğunluğunun yoxlanılması.

Loqistika və daşınma:

  • Yerli çatdırılmaların koordinasiyası;
  • Gömrük prosedurlarına əməl olunması.

Maliyyə nəzarəti:

  • Satınalma büdcəsinin formalaşdırılması və xərclərə nəzarət;
  • Qiymət təhlili və xərc optimallaşdırılması.

Hesabatlılıq:

  • Hesabatların hazırlanması, sənədləşmə və öhdəliklərin icrasına nəzarət.

Daxili şöbələrlə əməkdaşlıq:

  • Loqistika, mühasibatlıq, tikinti və layihə şöbələri ilə sıx əməkdaşlıq.

Tələblər:
Təhsil:

  • Ali təhsil (iqtisadiyyat, loqistika, tikinti və ya əlaqəli sahələr üzrə).

Təcrübə və biliklər:

  • Tikinti materiallarının satınalması sahəsində təcrübə (xarici tədarükçülərlə işləmək üstünlükdür);
  • Xarici iqtisadi fəaliyyət, idxal və beynəlxalq loqistika barədə biliklər;
  • İngilis dili biliyi (digər dillər üstünlükdür);
  • MS Office (xüsusilə Excel) və satınalma idarəetmə proqramlarında sərbəst işləmək bacarığı.

Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətli, diqqətli, təşkilatçılıq bacarığı olan;
  • Böyük məlumat həcmi ilə işləmə bacarığı;
  • Danışıqlar aparmaq və qərar qəbul etmək bacarığı;
  • Komanda ruhu, stresədavamlılıq və çeviklik.

İş şəraiti:

  • Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
  • İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00;
  • Əməkhaqqı: 1000 – 1500 AZN (NETT);
  • Rahat ofis mühiti, sabit iş yeri və peşəkar kollektiv.

Necə müraciət etməli:
CV-nizi
Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində qeyd edin: "Təchizatçı".
Məsuliyyətli və təşəbbüskar bir mütəxəssisi komandamızda görməkdən məmnun olarıq!

İşəgötürənin reytinqi