HR mütəxəssis (rekrutor)

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 05.11.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Vəzifənin adı:  HR mütəxəssis (rekrutor)

Əsas vəzifə öhdəlikləri:

• Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi)
• Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular)
• Müxtəlif namizəd qiymətləndirmə alətlərindən istifadə etmək
• Vakansiyaların təyin olunan vaxta bağlanması
• Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək
• Maraqlı tərəflərlə, o cümlədən, universitet, işədüzlətmə agentlikləri və digər tərəfdaşlarla strateji əməkdaşlıq qurmaq

Namizədə tələblər:

• Yaş: 25-35
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali
• İş təcrübəsi: rekrutinq üzrə ən azı 1 il
• Dil bilikləri: Az (əla), Rus (əla)
• Kompyuter bilikləri: (MS Office)

Şəxsi keyfiyyətlər:

• Yüksək ünsiyyət qabiliyyəti
• Yüksək intelekt
• Analitik qabiliyyət
• Stressə davamlılıq

İş şərtləri

• İş vaxtı: 09:00-18:00
• İş günü: 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• İş yeri: Baş ofis
• Əmək haqqı + İllik motivasiya
• Şirkət tərəfindən nahar

Qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, öz CV formalarını [email protected] ünvanına göndərsin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır. )