İT üzrə Biznes Analitik

İşin təsviri

Sizdən nələri gözləyirik?

  • Analitik təfəkkürlü və detallara diqqətli olmaq;
  • Minimum 5 il iş təcrübəsi;
  • Biznes proseslərin modelləşdirilməsi və optimallaşdırılmasını bacarmaq;
  • Texniki tapşırıqların hazırlanması üzrə təcrübə;
  • Komandada işləmə bacarığı və problemlərin həllində yaradıcı yanaşma;
  • SQL, PL/SQL üzrə bilikləri;
  • Jira, Balsamiq Wireframes, MS Visio kimi alətlərlə işləmək bacarığı;
  • Agile və SCRUM metodologiyaları ilə tanışlıq.
  • Rus və İngilis dilləri bilikləri üstünlükdür

Görəcəyiniz işlər:

  • Müştəri tələblərinin toplanması və detallı analizi;
  • Biznes proseslərin təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;
  • SCRUM komandasına dəqiq və anlaşıqlı tələblərin ötürülməsi;
  • Mövcud proqram təminatlarının ekspertizasının aparılması və inkişaf təkliflərinin hazırlanması;
  • Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması;
  • Proqramçıların gördükləri işləri yoxlayıb təhvil almaq;
  • Proqram təminatını sınaqdan keçirmək;
  • Yeni funksionallığın test edilməsi və keyfiyyətə nəzarət;
  • Məhsulun müştərilərə təqdimatı və tətbiq dəstəyi.

Biz sizə nə təklif edirik?

  • Rəqabətli əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq)
  • Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar)
  • Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı
  • Dostyana və dinamik iş mühiti

Müraciət etmək üçün:

  •  Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu yerində “İT üzrə Biznes Analitik” yazaraq CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
  •  Biznes proseslərin rəqəmsallaşdırılmasına töhfə vermək istəyirsiniz? O zaman komandamıza qoşulun!