Korporativ Satışlar üzrə Menecer

  • PROSYS LLC
  • Elanın qoyulma tarixi: 23.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Korporativ satışlar üzrə minimum 3 il təcrübə; proqram təminatları, İT avadanlıq və xidmətlər sahəsində təcrübəyə üstünlük verilir;
  • Müvafiq sahə üzrə ali təhsil: İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır;
  • Azərbaycanda müştəri portfeyi, satış və marketinq bacarıqlarının olması; mövcud müştəri bazası olan namizədlərə üstünlük verilir;
  • MS Office, MS Project, CRM və digər müvafiq proqramlarda istifadə təcrübəsi;
  • Azərbaycan dilində əla səviyyədə danışıq və yazı bacarığı, rus və ingilis dillərini isə yaxşı səviyyədə bilmək;
  • Komandada işləmək, yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Təşəbbüskar olmaq, özünü motivasiya edə bilmək və yaradıcı düşünmək bacarığı.

İş barədə məlumat:

  • PROSYS MMC-nin hazırladığı ERPpro proqram təminatı və alt modulları üzrə bazar və potensial iş imkanlarının araşdırılması;
  • Satış planının hazırlanması və icrası;
  • Satış təklifləri və digər sənədlərin hazırlanması, satış prosesinin həyata keçirilməsi;
  • Dövlət və korporativ təşkilatların tender prosedurlarında iştirak;
  • Satışdan əvvəl və ya sonra müştəri əlaqələrinin idarə olunması;
  • Müştərilərə şirkət və proqram təminatı məhsullarına dair təqdimatların keçirilməsi;
  • Konfrans və seminarlarda iştirak, bazar təhlili və rəhbərliyə təqdimatlar hazırlamaq.

Biz sizə nə təklif edirik?

  • Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq;
  • Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə və bazar);
  • Peşəkar inkişaf və innovativ satış layihələrində iştirak imkanı;
  • Dinamik və dəstəkverici iş mühiti.

Müraciət qaydası:
Qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Korporativ satış meneceri” yazaraq CV formasını Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.