İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Reklam və PR fəaliyyətlərinin koordinasiyası;
 
	- Həftəlik və aylıq foto/video çəkiliş planlarının hazırlanması və idarəolunması;
 
	- İnfluencer/bloqqerlərlə əməkdaşlığın təşkili və idarəolunması;
 
	- Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına nəzarət;
 
	- Şirkətin sosial media hesabları və saytlarının plana uyğun yenilənməsi və nəzarət edilməsi;
 
	- Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirilməsi;
 
	- Aylıq marketinq hesabatlarının hazırlanması;
 
	- Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan tapşırıqları yerinə yetirmək.
 
Namizədə tələblər: 
	- Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil;
 
	- Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
 
	- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
 
	- Yaradıcı, məsuliyyətli, kreativ;
 
	- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
 
	- Kollektivlə işləmə bacarığı;
 
	- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalıdır.
 
İş şərtləri: 
	- Həftədə 6 iş günü
 
	- İş yeri: Babək pr.35
 
	- Əmək haqqı: net 1500-2000 azn
 
	- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
 
	- Karyera inkişafı imkanı
 
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Marketinq üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.