İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə aidiyyəti şəxsləri məlumatlandırmaq, zərurət yarandıqda isə müvafiq ünvana yönləndirmək;
 
	- Qarşılama zamanı nəzakətli və peşəkar davranış sərgiləmək;
 
	- Poçt xidməti vasitəsilə məktubların göndərilməsini təmin etmək, daxil olan və çıxan məktubları qeydiyyata almaq və sistemə daxil etmək;
 
	- Qonaq və müştərilərin sorğularını cavablandırmaq;
 
	- Qonaqları qəbul edəcək şəxsləri əvvəlcədən məlumatlandırmaq, onları müvafiq işçi heyətinin otağına və ya iclas otağına müşayiət etmək;
 
	- Ofis daxili yazışmaları və sənəd işlərini yerinə yetirmək;
 
	- Salonda olan avtomobillər, göstərilən xidmətlər və mövcud kampaniyalar barədə müştərilərə ətraflı məlumat vermək;
 
	- Struktur bölmələr üzrə aylıq ofis ləvazimatlarının siyahısını toplamaq, tərtib etmək və sifariş vermək;
 
	- Birbaşa rəhbər tərəfindən verilən, vəzifə öhdəliklərinə aid digər tapşırıqları icra etmək.
 
Namizədə tələblər: 
	- Azərbaycan və  rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir (ingilis dili arzuolunandır);
 
	- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olan xanımlar;
 
	- Səliqəli görünüş və xoş ünsiyyət bacarığı;
 
	- Komandada işləmək bacarığı;
 
	- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
 
	- İlkin kompüter proqram təminatı (Word, Excel, PowerPoint,Outlook) biliklərinin olması önəmlidir.
 
İş şərtləri: 
	- Həftədə 6 iş günü
 
	- İş yeri: Nərimanov r., Aşıq Molla Cümə küç., 36 (Zeekr Bakı Mərkəzi) 
 
	- Əmək haqqı: net 1000 azn
 
	- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
 
	- Karyera inkişafı imkanı
 
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Resepşn” yazaraq göndərmələri xahiş olunur.