Satış mütəxəssisi

  • Decoforma MMC
  • Elanın qoyulma tarixi: 30.05.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Mağazaya daxil olan müştəriləri qarşılamaq, istəklərini öyrənmək və ona uyğun məhsullar təklif etmək;
  • Məhsullar haqqında müştəriyə məlumat vermək;
  • Satışı həyata keçirtmək;
  • Mağazadakı məhsullar haqqında məlumatlı olmaq, daim öyrənməyə və inkişafa meyil etmək;
  • Müştəri təkliflərinin hazırlanması;
  • Məhsulların vitrində səliqəli və cəlbedici formada düzülməsinə nəzarət etmək;
  • Komanda ilə əməkdaşlıq şəraitində işləmək və rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək;
  • İşə qəbul Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılır;
  • İş saatı: 6 günlük növbəli iş qrafiki, iş saatları 10:00 – 19:00;
  • Həftədə 1 gün istirahət günü;
  • Ünvan: Xətai Rayonu, Ayaz İsmayılov küçəsi;
  • Əmək haqqı: 800-1000 azn.

Tələblər:

  • Yaş həddi 22 - 35 yaş (Xanim namizədlər)
  • Satış sahəsində ən azı 1 il təcrübə
  • Azərbaycan dili səlis, Rus dili səlis
  • Səbirli və müştəri yönümlü
  • Satış texnikaları və müştəri münasibətləri sahəsində biliklər
  • İşgüzar etik qaydalarına riayət olunması
  • Bütün tapşırıqların vaxtında yerinə yetirilməsi və hesabatı.

Tələblərə uğun namizədlər mövzu yerində “Satış üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.