İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müştəri xidmətləri standartına uyğun xidmət göstərmək;
- Müştəri məmnuniyyətinin təmin olunması;
- Müştərilərin seçimlərində yardımçı olunması, onlara məhsullar haqqında dolğun məlumatın verilməsi;
- İş əsnasında şirkətin peşəkar satış üsullarını öyrənmək və effektiv şəkildə istifadə etmək;
- Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
- Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
Namizədə tələblər:
- Azərbaycan və Rus dilini səlis bilmək (İngilis dili arzu olunandır);
- Müştərilərlə peşəkar səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Dinamik, səbrli və gülərüz olmaq;
- Məsuliyyətli olmaq;
- 25-35 yaş arası Xanım və ya Bəylər
İş şəraiti:
- İş qrafiki – 6 günlük, həftə içi 1 istirahət günü;
- Əmək haqqı – müsahibə əsasında təyin olunacaq.
Siz də komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satıcı” mövzusu ilə göndərin. Yalnız tərcümeyi halı vəzifə tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.