İkinci Əl və Kiralama Üzrə Məsul Şəxs

İşin təsviri

Vəzifə: İkinci Əl və Kiralama Üzrə Məsul Şəxs

İşin Məqsədi və Təsviri:

Şirkət strategiyası əsasında, ikinci əl texnika və kiralama satış üçün satış təmsilçilərinə dəstək verilməsi,ikinci əl stokları və kiralama işinin fəaliyyətini gerçəkləşdirilməsi,ikinci əl kiralama işlərində ödənişlərə nəzarət etmək.

Vəzifə və Məsuliyyəti:

1. Şirkət idarə heyəti tərəfindən təsdiq edilmiş ikinci əl satış və kiralama hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq,satış və gəlirin artırılması üçün servis xidməti yönümündə yeni satış strategiyası inkişaf etdirmək və büdcəni idarə etmək
2. Borusan Qrup Etik Standartlarına və Prinsiplərinə uyğun bir şəkildə çalışmaq
3. İkinci əl və kiralama fəaliyyətinin faydalılığı üçün satış komandasına dəstək olmaq və lazım gələrsə müştəri ziyarətləri təşkil edərək mpvcud problemlərin aradan qaldırılmasında köməklik göstərmək
4. Ödəmələri izləmək və lazım gələrsə məhz təhvil-təslim işlərini reallaşdırmaq üçün müştərilərə aktiv ziyarətlər təşkil etmək
5. Azərbaycan ikinci əl və texnikaların kiralama bazarını daim izləmək,məhsul haqqında məlumatları hər zaman yeniləmək,rəqiblərdən xəbərdar olmaq,müştərilər və sərgilər vasitəsilə bilgi toplamaq
6. İkinci əl texnika və kiralama satış prosesini izləmək  və hesabat vermək
7. Lazım olan hallarda ticari danişıqlar aparmaq
8. Texnika idxalı üçün İdxal və Planlama Departamentləri ilə paralel çalışmaq
9. Marketinq fəaliyyətində iştirak etmək,marketinq işlərinin reallaşması üçün Marketinq funksiyalarına konkret məsləhətlər vermək (sərgilərdə iştirak və seminarlara müştəriləri də cəlb etmək)
10. Lazımı hallarda yerli təchizatçılardan təklif almaq, ticari danişiqlar etmək və əlaqədar məhsulun çatdırılmasını yönləndirmək
11. Göstərilən vəzifə və məsuliyyətləri ilə əlaqədar olaraq lazımi məlumatlar,hesabatlar və ortaya çıxan problemlər haqqında xəbər vermək və bu problemlərin həlli yölunda təkliflər irəli sürmək
12. Bütün lazımi sənəd,yazışma,müqavilə,hesabat və.s kimi rəsmi sənədlərin düzgün şəkildə saxlanılması və mühafizə edilməsi
13. Proses əsasında ortaya çıxan bütün digər işləri yerinə yetirmək

XARİCİ ƏLAQƏLƏR:

Cat, Mecalac, Metso, Genie, müştərilər,yerli təchizatçılar

Tələb Olunanlar:

Ali Təhsil: Bakalavr
Təcrübə: 5 il
Xarici Dil: İngilis (intermediate)
Komputer Biliyi: MS Office
Digər: Səyahət etməsi üçün maneə olmamalı və kişi namizədlər üçün əsgərlik dövrünün başa vurması mütləqdir
“B”kateqoriyalı sürücülük vəsiqəsi

E-mail: [email protected]