Ekspeditor (Regionlar üzrə)

  • Azdizayn Group
  • Elanın qoyulma tarixi: 11.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Aşağıda qeyd olunan regionlar üzrə ekpeditorlar tələb olunur:

  • Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonları  
  • Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Kürdəmir, İmişli rayonları
  • Siyəzən, Şabran, Xaçmaz, Xudat, Quba, Qusar rayonları 

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis;
  • Satış bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Santexnika və tikinti xırdavat  məhsulları satışı sahəsində təcrübəsinin olması üstünlükdür;
  • Şəxsi avtomobil mütləq olmalıdır.

 İş haqqında məlumat:

  • Müəyyən edilmiş ərazilərdə mağazaların ziyarət edilməsi;
  • Müştərilərlə görüş zamanı məhsullar haqqında ətraflı məlumat verilməsi;
  • Ərazilərdəki mağazalarda olan şirkət məhsullarına nəzarət edilməsi;
  • Santexnika və tikinti xırdavat  məhsulları satışını həyata keçirmək.

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Danışıq xərci;
  • Əmək haqqı: fix 500 + bonusla birlikdə 1500 AZN-ə qədər.
  • Yanacaq və amortizasiya xərcləri.

Vakansiyaya müraciət üçün CV-ləri “Ekspeditor” başlığı ilə Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.