İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya əlaqədar sahələr üzrə)
- 22-30 yaş aralığında xanım namizəd
- Subay namizədlərə üstünlük veriləcəkdir
- 1C, Logo, Unity, Dynamics və s kimi proqramlarında işləmək bacarığı
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək
- Mühasibatlıq və sənədləşmə sahəsində təcrübə (üstünlük verilir)
- Analitik düşüncə, məsuliyyətlilik və dəqiqlik
- Planlama və təşkilatçılıq bacarığı
- Dürüst, səliqəli, nizam-intizamlı və operativ işləmə bacarığı
Vəzifə və öhdəliklər:
- Müqavilələr, qaimələr, hesab-fakturaların və təhvil-təslim aktlarının tərtib edilməsi
- Bank əməliyyatlarının mədaxil və məxarici ilə işlənməsi
- e-taxes.gov.az portalında (E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı
- Müştəri və tədarükçülərlə üzləşmə aktlarının tərtib edilməsi və borc-alacaq nəzarəti
- Müştəri borclarının ödənilməsinə nəzarət, gecikən ödənişlərin izlənməsi və tələb edilməsi
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
İş şəraiti:
- 6 günlük iş rejimi (şənbə - yarımgün)
- Peşəkar və mehriban kollektiv
- Karyera yüksəlişi və peşəkar inkişaf üçün perspektivlər
- İşdə yüksək nəticə göstərən əməkdaşların mükafatlandırılması
- Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə
Müraciət üçün:
CV- ləri elektron poçt ünvanına mövzü hissəsində "Mühasib köməkçisi" yazaraq göndərə bilərsiniz.