İşin təsviri
Vəzifə öhdəlikləri:
- Ofisin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
- Telefon zənglərinə cavab vermək və zəruri hallarda müvafiq şəxslərə yönləndirmək;
- Gələn və gedən sənədlərin qeydiyyatını aparmaq və onların düzgün idarə olunmasını təmin etmək;
- Ofis ehtiyaclarını müəyyənləşdirmək və təchizat işlərini təşkil etmək;
- Toplantıların və tədbirlərin təşkil olunmasında iştirak etmək;
- Gələn qonaqları qəbul etmək;
- Müxtəlif hesabatların, müqavilələrin və digər sənədlərin hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Ofis meneceri və ya oxşar vəzifədə təcrübə;
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, disiplinli, diqqətli və təşkilatçılıq bacarıqlarına malik olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı;
- Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dilini bilmək üstünlükdür.
Təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı;
- Rahat iş mühiti;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Mövzuda "Ofis Meneceri" qeyd etməyi unutmayın.