Marketinq və məhsulların inkişafı üzrə qrup rəhbəri (Fintex məhsulları)

  • MPAY QSC
  • Elanın qoyulma tarixi: 10.03.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Bazarın təhlili və mövcud rəqabət mühitinin analizi
  • Şirkətin sosial media hesablarına və veb saytlarına nəzarət edərək yeniliklərin tətbiqi
  • Sosial şəbəkələrdə PR strategiyasının hazırlanması və sosial səhifələrin inkişaf etdirilməsi
  • Tədbirlər planının hazırlanması və icrası
  • Şirkətin və təqdim etdiyi xidmətlərin tanıdılması üçün yeni ideyaların irəli sürülməsi
  • Şirkətin maraqlarına uyğun yeni məhsul növlərinin müəyyən edilməsi
  • Yeni məhsulların inkişafı üzrə tədbirlər planının hazırlanması və icrası
  • İllik marketinq büdcəsinin təyin edilməsi və onun optimallaşdırılması üçün qiymət təkliflərinin alınması
  • Reklam və promo məhsulların ehtiyaclarının müəyyən edilməsi və sifarişlərin icrası
  • Trendlərə uyğun yeni kampaniyaların keçirilməsi
  • Şirkətə əlavə dəyər yaradacaq xidmət təkmilləşdirmə təkliflərinin hazırlanması
  • Digər struktur şöbələrlə aktiv kommunikasiya quraraq dəstək göstərilməsi
  • Müştəri məmnuniyyətini artırmaq üçün sorğuların aidiyyəti şöbələrə yönləndirilməsi və icrasının təmin edilməsi
  • Marketinq istiqamətində B2B və B2C əməkdaşlıq təkliflərinin hazırlanması və icrası
  • Terminal interface testlərinin və yeniliklərinin icrasının təmin edilməsi
  • Korporativ tədbirlərin təşkili və idarə olunması
  • Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barədə şöbə rəhbərinə həftəlik və aylıq hesabatların təqdim edilməsi
  • Yeni məhsullar və ümumi marketinq fəaliyyəti ilə bağlı digər məsələlərdə aktiv iştirak edilməsi

Tələblər:

  • Marketinq, biznesin idarə edilməsi və ya əlaqədar sahədə ali təhsil
  • Marketinq və məhsul inkişafı üzrə X il iş təcrübəsi
  • Komanda idarəetmə və liderlik bacarıqları
  • Digital marketinq və PR sahəsində biliklər
  • Analitik düşüncə və kreativ yanaşma qabiliyyəti
  • Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları
  • Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • Birlikdə istirahət tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi elektron poçt ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Marketinq və məhsulların inkişafı üzrə qrup rəhbəri yazılmalıdır.