MPAY QSC


MPAY QSC şirkəti hazırda eManat brendi altında özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və eManat+ elektron pul qabı/online ödəniş platformasını idarə edir.

Hazırda ödəniş köşkləri şəbəkəsinə Bakı/Abşeron/Sumqayıtda 1 700-dən artıq, bütün ölkə ərazisində isə 2 500-dən artıq köşk daxildir.

emanat.az saytı və eManat+ IOS/Android mobil tətbiqləri vasitəsilə istifadəçilər nağdsız şəkildə elektron pul kisəsi və ya bank kartı hesabından müxtəlif ödənişləri tez və rahat həyata keçirə bilərlər.

eManat ödəniş köşkləri və eManat+ platforması vasitəsilə 200-dən artıq xidmət təminatçısının xeyrinə kommunal xidmətlər, mobil rabitə, telefon, internet, kabel televiziyası, əyləncə, bank və s. ödənişlər etmək mümkündür. Bu baxımdan şirkət həm köşklər həm eManat+ online platforması ilə istifadəçilərə 360 dərəcəli ödəniş imkanları təqdim edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?