İşin təsviri
                
                
                                
                 Vəzifə öhdəlikləri
	- Potensial daşınmaz əmlak obyektlərini müəyyənləşdirmək, mülkiyyət sahibləri ilə danışıqlar aparmaq və satınalma prosesini tam olaraq idarə etmək.
- Vergi məsələlərinin sahibkar tərəfindən icra olunmasına dəstək göstərmək
- Sahibkar tərəfindən yerinə yetiriləcək olan təmir-tikinti məsələlərinə müvafiq dəstək göstərmək
- Hər bir daşınmaz əmlak obyektini fiziki, hüquqi və maliyyə baxımından qiymətləndirmək, ən yaxşı qiymətləri əldə etmək üçün təhlillər aparmaq.
 Namizədə dair tələblər
	- Daşınmaz əmlak alqı-satqısı üzrə ən azı 1 il iş təcrübəsi
- Daşınmaz əmlak bazarını və hüquqi tələbləri yaxşı başa düşmək
- Güclü analitik düşüncə və qərar qəbul etmə bacarığı
- Ünsiyyət və danışıqlar aparmaq bacarığı
- Şəxsi avtomobilin olması mütləqdir;
- Yaş həddi: 25-45; 
İş haqqında məlumat
	- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Nahar və yol xərcləri şirkət tərəfindən ödəniləcək
Maraqlanan namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “Daşınmaz Əmlak Satınalma Mütəxəssisi (Mingəçevir;Salyan)” qeyd edərək elektron poçt ünvanına göndərə bilər yaxud qeyd olunan əlaqə nömrəsinə müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.