Kredit sahəsində Təcrübə proqramı (Bakı)

İşin təsviri

Vakansiyanın təsviri:

“İNTERNATİONAL BOKT” ASC gələcək karyerasını kredit sahəsində qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır.

Təcrübə müddəti 3 aydır. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Təşkilat tərəfindən müsbət xasiyyətnamə verilməklə, işlə də təmin olunacaqlar.

  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
  • Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
  • Müştəriyə təşkilatın kredit məhsullarına dair məsləhət vermək;
  • Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.

Tələblər:

  • Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə və oxşar sahələri üzrə ali təhsil və orta ixtisas təhsili almış gənclər müraciət edə bilərlər.
  •  Məntiqi və analitik düşünmə qabiliyyəti;
  •  Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
  •  Ünsiyyət və təqdimat bacarığı.

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq  
Proqrama qoşulmaq istəyənlər CV-lərini mövzu sətrində “Kredit sahəsində Təcrübə proqramı (Bakı)” qeyd edərək, elektron poçt 
ünvanına CV göndərmələri xahiş olunur.