Logistika üzrə mütəxəssis

  • Aztikintiyol
  • Elanın qoyulma tarixi: 07.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


DAŞINMALAR ÜZRƏ MÜTƏXƏSSİS

Əmək haqqı: 800 NET
İş vaxtı: I - V günlər 09:00 - 17:00/ VI gün 09:00 - 14:00


İşin təsviri

 Daxil olan yüklərin, sənədlərin qəbulu, emalı və təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
 Yükləmə - boşaltma işinin aparılması, yüklərin yerləşdirilməsi, qəbul - təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət;
 Beynəlxalq daşımaların gündəlik təqib edilməsi;
 Aidiyyatı Dövlət orqanlarına və struktur bölmələrinə daşınan yük haqqında ətraflı məlumatların verilməsi;
 Müşaiyətedici sənədlərə müvafiq olaraq taranın və əşyaların mövcudluğunun yoxlanılmasında iştirak etmək;
 Çatışmayan və xarab olan yüklər üzrə aktların tərtib edilməsi;


Namizədə dair tələblər:

 Ali təhsil; (Nəqliyyat və daşınmalar sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
 Bu sahədə minimum 1 (bir) il iş stajı;
 Azərbaycan dilini mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilmək; (Rus dili bilən namizədlərə üstünlük veriləcək)
 Müəssisə strukturunu, yükləmə və boşaltma işlərinin təşkili, yüklərin qəbul - təhvil qaydasını;
 Yüklərin qəbulu və yola salınması üçün sənədləşmə formalarını və onların rəsmiləşdirilmə qaydalarını;
 Microsoft Office bilikləri;


[email protected] (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)