Mühasib

  • Shazeli Group
  • Elanın qoyulma tarixi: 14.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
  • Vergi, Statistika, DSMF, Məşğulluq idarəsinə hesabatların hazrılanması və təqdim edilməsi
  • Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
  • Vergi və dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi
  • Balans, avans hesabatının aparılmasını təmin etmək
  • Ödənişləri nəzarətdə saxlamaq
  • Bank və kassa əməliyyatları
  • Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
  • Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək

Namizədə tələblər:

  • İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr) 
  • Dürüst, punktual, diqqətli, işə ciddi olmalıdır və ünsiyyət qurmağı bacarmalıdır
  • Azərbaycan dilində səlis, rus dilində orta səviyyədə danışıq qabiliyyəti (ingilis dili üstünlükdür)
  • İlkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli
  • Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını bilməli
  • Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı
  • Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları 

İş haqqında məlumat:

  • İş şəraiti : 6 günlük 
  • İş yeri: Bakı şəhəri 

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron poçt ünvanına göndərmələri  xahiş olunur.

Shazeli Group tərəfindən digər vakansiyalar