Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
Vergi, Statistika, DSMF, Məşğulluq idarəsinə hesabatların hazrılanması və təqdim edilməsi
Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
Vergi və dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi
Balans, avans hesabatının aparılmasını təmin etmək
Ödənişləri nəzarətdə saxlamaq
Bank və kassa əməliyyatları
Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək
Namizədə tələblər:
İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr), sahə üzrə ən azı 3 illik iş təcrübəsi
Dürüst, punktual, diqqətli, işə ciddi olmalıdır və ünsiyyət qurmağı bacarmalıdır
Azərbaycan dilində səlis, rus dilində orta səviyyədə danışıq qabiliyyəti (ingilis dili üstünlükdür)
İlkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli
Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını bilməli
Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı
Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları