İnşaat Mühəndisi (Gəncə)

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Təchizatçılar və anbar tərəfindən smeta üzrə göndərilən materialları yoxlamaq və qəbul etmək.
  • Yoxlama zamanı uyğunsuzluqları aşkar etmək və müvafiq düzəlişlər etmək
  • Mağazalarda təmirdən öncə formalaşan bütün söküntü materiallarının tikinti anbarına qaytarılmasını təmin etmək
  • Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materialları akt əsasında müvafiq şəxslərə təhvil vermək
  • Təmir-tikinti işləri bitməzdən 2 iş günü öncə Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisə bu barədə məlumat vermək

Namizədə dair tələblər:

  • Təhsil: Ali (İnşaat Mühəndisliyi arzuolunandır)
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il (Smeta ilə iş təcrübəsi)
  • Avtomobil (Mütləq)
  • Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumatlı olmaq
  • Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı
  • Komanda ilə işləmək bacarığı

Əlavə təminatlar:                                                              

  • Nahar ödənişi
  • Korporativ nömrə
  • Nəqliyyat və Amortizasiya xərci qarşılanır

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • İş yeri Gəncə şəhəri- yaxın regionlara ezam olunacaq
  • Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnşaat Mühəndisi (Gəncə)" yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi